Qazaxıstan cüdoçuları Bakıda

Qazaxıstan cüdoçuları Bakıda

Cüdo üzrə Qazaxıstan yığması Bakıda Azərbaycan millisi ilə təlim-məşq toplanışına başlayıb.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, hazırlıq prosesinə Qazaxıstanın ümumilikdə 29 idmançısı qatılıb.

Toplanışda əsas məqsəd cüdoçuların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 22-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər