Bu gün Azərbaycan Premyer Liqasında XVI turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Turun açılış matçında "Səbail" "Sabah"ı qəbul edib. "ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail" heyətində Amil Yunanov 16 və 77-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra "dənizçilər" xalını 16-ya çatdırıb və 6-cı pilləyə yüksəlib. 14 xalı olan "Sabah" isə 7-ci sıraya enib.
Günün digər oyununda "Qarabağ" "Sumqayıt"ın qonağı olub. İnamla müdafiə olunan "kimyaçılar" istəyinə çatıb. Görüşdə hesab açılmayıb. Ağdamlılar azı bir günlük liderə çatıbsa, hesabına xal yazan "Sumqayıt" 4-cü pillədə qalıb.
Qeyd edək ki, tura fevralın 20-də keçiriləcək "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Premyer Liqa
2020/21 mövsümü
III dövrə, XVI tur
19 fevral
Səbail - Sabah 2:0
Qollar: Amil Yunanov, 16; 77.
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sabah: 12. Alvaro Villete, 14. Slavik Alxasov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqez, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomez.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı, "ASCO Arena".
18.00 Sumqayıt - Qarabağ
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 39. Zaur Fərzəliyev, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt, "Kapital Bank Arena".
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Neftçi |
15 |
9 |
3 |
3 |
20:16 |
30 |
|
|
2 |
Qarabağ |
16 |
8 |
6 |
2 |
38:13 |
30 |
|
|
3 |
Zirə |
15 |
6 |
6 |
3 |
20:16 |
24 |
|
|
4 |
Sumqayıt |
16 |
6 |
5 |
5 |
20:20 |
23 |
|
|
5 |
Qəbələ |
15 |
4 |
6 |
5 |
15:22 |
18 |
|
|
6 |
Səbail |
16 |
4 |
4 |
8 |
17:26 |
16 |
|
|
7 |
Sabah |
16 |
4 |
2 |
10 |
16:23 |
14 |
|
|
8 |
Keşlə |
15 |
3 |
4 |
8 |
13:23 |
13 |
|
|
Bombardirlər |
Mahir Emreli (Qarabağ) - 11. Namiq Ələsgərov (Neftçi) - 10. Filip Ozobiç (Qarabağ), Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ), Davit Volkov (Zirə) - 6. Ağabala Ramazanov (Zirə), Kevin Kubemba (Sabah) - 5. |
|||||||