"Qarabağ" Qəbələdəki matçı 10 nəfərlə tamamlayıb

"Qarabağ" Qəbələdəki matçı 10 nəfərlə tamamlayıb

“Qarabağ” Misli Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdiyi matçı (2:1) say azlığında yekunlaşdırıb.

Fanat.Az xəbər verir ki, qarşılaşmanın 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana çıxan Yasin Benzia 8 dəqiqə sonra zədələnərək görüşü davam etdirə bilməyib. 

O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. Ağdam təmsilçisi 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün qarşılaşmanı 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb.

"Qarabağ"ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər