“Qarabağ” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.

Klubdan verilən məlumatda o da bildirilir ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər