Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) matçına bilet satışı sabah bərpa olunacaq.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi bu dəfə 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarmağı məqsədəuyğun sayıb.
Hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış - saat 17:00-dan etibarən satışa çıxarılacaq. Bunun da səbəbi biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdı.
Qeyd edək ki, satışa çıxarılan 27 min bilet artıq sahiblərini tapıb.
Fanat.Az