“Zirə”də tranfer çalışmaları davam edir. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
Qanalı hücumçu Riçard Qadze komandanın heyətinə qoşulub. 22 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib. O, 2013-cü ildən Qananın U-23 yığmasına çağrılır.

Fanat.Az