"Qalatasaray" Qomisin yerinə dünya ulduzunu transfer edir

"Qalatasaray" Qomisin yerinə dünya ulduzunu transfer edir
Maaşının artırılmasını istəyən, amma rəhbərlikdən rədd cavabı alan Bafetimbi Qomis "Qalatasaray"ı tərk edə bilər. 
Fanat.Az xəbər verir ki, ötən mövsüm Superliqanın bombardiri olan futbolçu üçün Səudiyyə Ərəbistanı klublarından biri 10 milyon avroluq təklif göndərib.
Məlumata görə, həm baş məşqçi Fatih Terim, həm də rəhbərlik Qomisi bu qiymətə satmağa razıdı. "Qalatasaray" forvardın satışından gələcək pulla heyətinə yeni oyunçular qatmağı planlaşdırır.
Artıq klub rəhbərliyinin Qomisin yerinə gətirmək istədiyi futbolçu da bəllidi. Bildirilir ki, İstanbul klubu Andre Silva üçün "Milan"la danışıqlar aparır. "Sarı-qırmızılar" portuqaliyalı ulduzu bir illik icarəyə götürmək niyyətindədi.
Qeyd edək ki, "Milan" Andre Silvanı ötən yay "Portu"dan 38 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 22 milyon avro qiymət qoyub. O, ötən mövsüm "Milan"ın heyətində 40 rəsmi oyuna çıxaraq 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər