"Qalatasaray" "Dinamo Moskva"nın müdafiəçisi Saba Sazonov ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "Championat" yayıb.
Xəbərə görə, İstanbul nəhəngi hələ "Dinamo" ilə danışıqlara başlamayıb. Bununla belə, "Qalatasaray" rəsmiləri futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Futbolçu "Zenit"in yetirməsidir. O, Gürcüstan millisinin üzvüdür.
Sazonov ötən mövsüm Rusiya Premyer Liqasında 24 matça çıxaraq 1 qol vurub.
Mirağa