Qakpo Rumıniya ilə oyundan öncə nə danışdı?

Qakpo Rumıniya ilə oyundan öncə nə danışdı?

Niderland millisinin hücumçusu Qakpo Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün Rumıniya yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:

"Son matçdan sonra (Avstriyaya 2:3 hesablı məğlubiyyəti nəzərdə tutur - red.) bütün niderlandlılar məyus oldular, bunu bilirik. Amma biz hər oyunda, o cümlədən bu matçda qalib gəlmək istəyirik. Stadionda bizi narıncı geyimlə dəstəkləyəcək bütün azarkeşlər kimi bütün ölkənin arxamızda olması çox xoşdur".

Qeyd edək ki, Rumıniya - Niderland görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər