PSV-nin yeni baş məşqçisi bilindi - RƏSMİ

PSV-nin yeni baş məşqçisi bilindi - RƏSMİ

PSV-nin yeni baş məşqçisinin adı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, komanda Peter Bosa həvalə olunub. 

Məlumatı Niderland klubunun mətbuat xidməti yayıb. 

59 yaşlı niderlandlı mütəxəssis bu postda Rud van Nistelroyu əvəz edib. 

Qeyd edək ki, Bos "Ayaks" və "Borussiya Dortmund" kimi klubları çalışdırıb. Onun son iş yeri "Lion" olub. O, Fransa klubundan 2022-ci ildə ayrılıb. 

Xatırladaq ki, PSV başa çatan mövsümü ölkə çempionatında 75 xalla ikinci pillədə başa vurub.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər