PSV-nin vingeri hansı İngiltərə klubuna qismət olacaq - SON DURUM

PSV-nin vingeri hansı İngiltərə klubuna qismət olacaq - SON DURUM

Üç İngiltərə klubu PSV-nin vingeri Kodi Qakponu heyətinə qatmaq uğrunda mübarizə aparacaq.

Fanat.Az  "Football Transfers"ə istinadən xəbər verir ki, Niderland millisinin üzvünü "Mançester Yunayted", "Everton" və "Sauthemton" istəyir.

Cari mövsüm bütün turnirlər çərçivəsində çıxdığı 13 rəsmi matçda 10 qol vuran Qakponun MY-yə keçmək ehtimalının daha yüksək olduğu bildirilib. Xəbərə görə, yüksək performansla diqqət çəkən cinah hücumçusu bu qış iş yerini dəyişə bilər. Eyndhoven təmsilçisinin onu klub tarixinin rekord məbləğinə satmağı planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, PSV tarixində ən baha qiymətə satılan İrvin Losano olub. O, "Napoli"yə 45 milyon avro qarşılığında keçib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər