PSV-də yeni baş məşqçi

PSV-də yeni baş məşqçi

PSV-nin yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, sözügedən komandanı bundan sonra Peter Boş çalışdıracaq.

Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisi Rud van Nistelroyu əvəz edən niderlandlı mütəxəssislə 3 illik müqavilə bağlayıb.

Peter Boş son olaraq Fransanın “Olimpik” (Lion) klubunda baş məşqçi kimi çalışıb. O, 2022-ci ilin oktyabrından işsiz idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər