PSJ "Monako" ilə oyuna 500 yanğınsöndürən çağırdı

PSJ "Monako" ilə oyuna 500 yanğınsöndürən çağırdı
PSJ "Monako" ilə Liqa 1-in XXXIII tur oyunundan əvvəl maraqlı addım atıb.
Fanat.Az xəbər verir ki, Paris klubu qarşılaşmaya Notr-Dam-de-Pari kilsəsinin söndürülməsində iştirak etmiş 500 yanğınsöndürəni dəvət edib. Yanğınsöndürənlərdən 2-si qarşılaşmanın startında topa simvolik zərbə vuracaq. 
Qeyd edək ki, PSJ - "Monako" oyunu aprelin 21-də "Park de Prens" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər