PSJ "Milan"ın ulduzunu ələ keçirir

PSJ "Milan"ın ulduzunu ələ keçirir

"Milan" klubunun portuqaliyalı hücumçusu Rafael Leau çox güman İtaliyada son mövsümünü keçirir.

Fanat.Az xəbər verir ki, onun xidmətində maraqlı olan klubların sırasına daha ikisi qoşulub.

"Fichajes" nəşrinin məlumatına görə, dünyanın ən imkanlı klublarından olan PSJ portuqaliyalıya görə digər nəhənglərlə yarışa qoşulub. 

Leau getməkdə təkid etsə, İtaliya klubu onun satışı ilə bağlı parislilərə şərtlərini çatdıracaq. Mənbənin iddiasına görə, "Liverpul" də onu ələ keçirməyə hazırlaşır. İngilislər Leauya görə 26 yaşlı kolumbiyalı vingeri Luis Diazı qarşı tərəfə verməyi təklif edir. 

Qeyd edək ki, 23 yaşlı Leau 2019-cu ildən Milan klubunun formasını geyinir. Bu mövsüm "qırmızı-qaralar"ın forması ilə 32 oyuna çıxan forvard 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər