PSJ Çempionlar Liqasının qalibi elan oluna bilər

PSJ Çempionlar Liqasının qalibi elan oluna bilər
Aprel ayının 23-də UEFA-nın iclas keçirəcək. 
Fanat.Az xəbər verir ki, toplantıda Avropa Superliqasınin qurucusu olan klubların Çempionlar Liqasından kənarlaşdırılması müzakirə olunacaq. 
Bu barədə Bild məlumat yayıb. Söhbət "Mançester Siti", "Real" və "Çelsi" klublarından gedir. 
Qərar bu 3 klubun əleyhinə veriləcəyi təqdirdə, Çempionlar Liqasının yarımfinalçısı PSJ avtomatik olaraq turnirin qalibi elan olunacaq. 
Bir başqa variant isə, Çempionlar Liqasının 1/4 finalında turnirlə  vidalaşan "Bavariya", "Borussiya" (Dortmund) və "Portu"nun yarışa qaytarılmasıdır. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər