PSJ Çempionlar Liqasından qovula bilər - SƏBƏB

PSJ Çempionlar Liqasından qovula bilər - SƏBƏB

Fransanın PSJ klubu Çempionlar Liqasından qovula bilər. 

Fanat.Az xəbər verir ki, buna səbəb keçmiş futbolçusu Kilian Mbappeyə borcunu ödəməməsidir. 

Bu barədə “Le Monde” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Mbappe PSJ-nin ona 55 milyon avro borclu olduğunu və bu pulu ödəmədiyini əsas götürərərk Fransa Peşəkar Futbol Liqasına (LFP) və UEFA-ya müraciət edib. PSJ-nin günahı sübuta yetirilərsə, LFP kluba transfer qadağası tətbiq edə, eyni zamanda UEFA lisenziyasını əlindən ala bilər. 

2018-2024-cü illərdə PSJ-də çıxış edən Mbappe bu yay azad agent kimi İspaniyanın "Real Madrid" klubuna keçib.  5 yaşlı hücumçu parislilərin heyətində beşqat Fransa çempionu, üç dəfə ölkə kubokunun və superkubokunun qalibi olub, iki dəfə Liqa Kubokunu qazanıb. Ulduz forvard Fransa yığması ilə birlikdə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə gümüş medal qazanıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər