Prezident İslam ölkələrinin liderlərini Bakıya çağırdı

Prezident İslam ölkələrinin liderlərini Bakıya çağırdı
Preziden İlham Əliyev İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinə qatılıb. Fanat.az xəbər verir ki, dövlət başçısı sammitdəki çıxışı zamanı İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsindən danışıb.
Prezident hamını yarışları izləmək üçün Bakıya dəvət edib: "Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər