İngiltərənin Premyer Liqa klubları “Nyukasl”dan şikayətçidirlər.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Guardian” yayıb.
Klublar "Nyukasl"ın Səudiyyə Ərəbistanı hökuməti ilə əlaqələrindən narazılıqlarını bildiriblər. Onlar “ağ-qaralar”ın səhm paketinə sahib olan Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun birbaşa bu ölkənin ali orqanları ilə bağlı olmasını iddia edirlər. Halbuki Premyer Liqa rəhbərliyi "Nyukas"lın satın alınması ilə bağlı müqaviləni təsdiqləyərkən bu əlaqənin olmaması öhdəliyini qəbul edib.
Premyer Liqada çıxış edən klublar vəziyyəti diqqətdən kənarda qoymaq fikrində deyillər. “Nyukasl” hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Mirağa