Portuqaliyanın oyununda azərbaycanlı hakim

Portuqaliyanın oyununda azərbaycanlı hakim
FIFA referi köməkçisi Yaşar Abbasovun 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcəyi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, artıq təmsilçimizin meydana çıxacağı ilk oyun müəyyənləşib. 
İyulun 19-da keçiriləcək Portuqaliya - İsrail qarşılaşmasının yan xətt hakimlərindən biri Yaşar Abbasov olacaq. Oyunu rumıniyalı FIFA referisi İstvan Kovaçs idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Tomas Bognar (Macarıstan) olacaq.
Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər