Portuqaliya və Azərbaycan yığmaları iki oyun keçirəcək

Portuqaliya və Azərbaycan yığmaları iki oyun keçirəcək
Futzal üzrə Azərbaycan yığması Portuqaliya millisi ilə yoxlama oyunları keçirəcək. Fanat.az xəbər verir ki, komandamız portəgizlərlə iki sınaq matçına çıxacaq.
 
Hər iki görüş Portuqaliyada baş tutacaq. Komandalar sentyabrın 17-də və 18-də üz-üzə gələcək. İlk oyun Fundao, ikinci görüş Kaştelyu-Brankuda oynanılacaq.
 
Qeyd edək ki, hər iki komanda 2014-cü ildə (28 yanvar - 5 fevral) keçiriləcək Avropa çempionatına hazırlaşır. Həm Portuqaliya, həm də Azərbaycan millisi artıq bu turnirin final mərhələsinə vəsiqə qazanıb. AÇ-nin püşkatma mərasimi oktyabrın 4-də keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər