Portuqaliya və Almaniya yarımfinalda!

Portuqaliya və Almaniya yarımfinalda!
Bu gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın ilk iki qarşılaşması baş tutub. Fanat.az xəbər verir ki, hər iki oyun əvvəlcədən də açıqlandığı kimi "Dalğa Arena”da keçirilib.
 
Günün ilk qarşılaşmasında millimizin yer aldığı qrupu lider kimi tamamlayan Portuqaliya yığması Avstriya ilə üz-üzə gəlib. Hello Souzanın yetirmələri avstriyalı həmyaşıdlılarını darmadağın edib - 5:0. Bu nəticədən sonra Portuqaliya millisi yarımfinala adlayan ilk komanda olub.
Günün digər matçında isə Almaniya yığması Belçika ilə üz-üzə gələcək. Almanlar 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna azərbaycanlı Renat Dadaşov imza atıb.
 
AVRO-2016 (U-17)
1/4 final
14 may
 
Portuqaliya - Avstriya 5:0
Qol: Jose Qomeş, 7-pen; 18; 47. Mesaque Dju, 51. Migel Luis, 77.
"Dalğa Arena” stadionu.
 
Almaniya - Belçika
Qol: Renat Dadaşov, 51.
"Dalğa Arena” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər