Portuqaliya "sülh"lə başladı - VİDEO

Portuqaliya "sülh"lə başladı - VİDEO

Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku çərçivəsində "A" qrupunda ilk turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Kazandakı eyniadlı arenada Portuqaliya ilə Meksika milliləri üz-üzə gəlib.

Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Son Avropa çempionları iki dəfə önə keçmələrinə baxmayaraq, hesabı qoruya bilməyiblər.

Beləliklə, ilk turun açılış matçında Yeni Zelandiyanı 2:0 hesabı ilə yenən Rusiya yığması "A" qrupunun vahid lideri olub. Portuqaliya və Meksika hərəyə 1 xalla 2 və 3-cü yerləri bölüşür. Xalsız qalan Yeni Zelandiya isə sonuncudur.

"B" qrupunda ilk oyun saat 22:00-da başlanacaq. Kamerun və Çili yığmaları arasında Moskvadakı "Spartak" stadionunda keçiriləcək görüşü sloveniyalı referi Damir Skomina idarə edəcək.

Portuqaliya – Meksika 2:2

Qollar: Rikardu Kuarejma, 34. Sedrik Suareş, 86 - Xavyer Ernandes, 42. Hektor Moreno, 90+1

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər