Portuqaliya, Polşa və Uels 1/4 finalda!

Portuqaliya, Polşa və Uels 1/4 finalda!
Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
Günün ilk matçında İsveçrə və Polşa komandaları üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan polşalılar 5:4 hesabı ilə qalib gəlib. Uels isə Şimali İrlandiya üzərində minimal hesablı qələbəyə sevinib - 1:0. Günün sonuncu matçında isə Portuqaliya 117-ci dəqiqədə vurduğu qollar Xorvatiyanı məğlub edərək, 1/4 finala adlayıb.
25 iyun
"Avro-2016", 1/8 final
17:00. İsveçrə - Polşa - (4:5 penaltilər)
Qollar: Şakiri, 83 - Blaşikovski, 39
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu
20:00. Uels - Şimali İrlandiya - 1:0
Qol: Makoli, 75 (öz qapısına)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"
23:00. Xorvatiya - Portuqaliya - 0:1
Qol: Quarejma, 117
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər