Portuqaliya millisinin üzvü rəsmən "Qalatasaray"da - FOTO

Portuqaliya millisinin üzvü rəsmən "Qalatasaray"da - FOTO

"Qalatasaray" növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Portu"nun futbolçusu Josueni icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu üçün "Portu"ya transfer haqqı ödənməyəcək. Josue özü 2016/17 mövsümündə 700 min avro maaş alacaq.

Klub həmçinin futbolçuya oynadığı Super Liqada matçlarında qazanılan hər xala görə 3 min avro mükafat verəcək. Mükafat onun meydana start heyətində çıxdığı oyunlar üçün 100, sonradan oyuna qoşulduğu görüşlər üçün 50, ehtiyatda qaldığı matçlar üçün 25 faiz nəzərdə tutulub.

Qeyd edək ki, tam adı Josue Filipe Suares Peskueyra olan 25 yaşlı yarımmüdafiəçi Portuqaliya millisində 4 oyun keçirib. "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub.

Portuqaliya millisinin üzvü rəsmən "Qalatasaray"da - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər