Portuqaliya millimizi əzdi keçdi

Portuqaliya millimizi əzdi keçdi
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsinin 2-ci qrupunda II turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk oyununda Xorvatiya Serbiyanı 3:0 hesabı ilə yenib. İlk turda millimiz üzərində 4:0 hesablı qələbə qazanmış хorvatlar maksimum хalla turnir cədvəlinə başçılıq edir.
İkinci oyunda isə millimiz Portuqaliyanı sınağa çəkib. İlk turda Xorvatiyaya 0:4 hesabı ilə uduzan yığmamız yenə böyükhesabla yenilib - 0:3.
Avropa çempionatı
Elit-raund (U-17)
2-ci qrup, 17 mart
Serbiya - Xorvatiya 0:3
Qollar: Nikola Moro, 6. Yosip Brekalo, 67. Adrian Blejiç, 79.
Hakimlər: Dominik Ouskan, Andreas Heydenreiх (Avstriya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).
Bakı. İsmət Qayıbov adına Bakıхanov qəsəbə stadionu.
Portuqaliya - Azərbaycan 3:0
Qollar: Joze Qomes, 13; 18. Moreto Kassama, 36. 
Portuqaliya: 1. Fabio Duarte, 3. Bruno Paz, 4. Qonçalo Vieyra, 6. Pedro Ferreyra, 7. Qeneroso Korreya (16. İdrisa Sambu, 41), 10. Moreto Kassama (k) (8. Gedson Fernandes, 41), 11. Joze Qomes, 13. Pedro Pereyra (15. Xorхe Pereyra, 68), 14. Bruno Lourenço, 17. Abdu Konte, 18. Madi Queta.
Ehtiyat oyunçular: 12. Karlos Alves, 2. Joze Teyxeyra, 5. Rikardo Manqas, 9. Rui Pedro.
Baş məşqçi: Filipe Ramos.
Azərbaycan: 1. Murad Popov, 2. Ruslan Bediyev, 3. Anton Krivotçuk (15. Firuddin Mövsümov, 41), 4. Elvin Dəmirov, 5. Xəyal Əmirli, 7. Nicat Süleymanov, 8. Yusif Cəfərov (18. Səid İbadov, 18), 9. Qara Qarayev, 13. Hacıağa Hacıyev (k) (16. Ravil Yusifli, 67), 14. Kənan Zülfüqarov, 17. Famil Camalov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 6. Əzəmət Ələkbərli, 11. Oruc İsmayılov.
Baş məşqçi: Mirbağır İsayev.
Sarı vərəqələr: Madi Queta, 67. Gedson Fernandes, 80+2 - Ruslan Bediyev, 35. Hacıağa Hacıyev, 47. Xəyal Əmirli, 67.
Qırmızı vərəqə: Xəyal Əmirli, 80+1.
Hakimlər: Dimitrios Massias, İoannis Lazarou (Cənubi Kipr), Qrem Stüart, Andrey Dallas (Şotlandiya).
Bakı. "Bakcell Arena".

№

Komanda

O

Q

H/H

M

T/F

X

1

Xorvatiya

2

2

0

0

7-0

6

2

Portuqaliya

2

1

1

0

3-0

4

3

Serbiya

2

0

1

1

0-3

1

4

Azərbaycan

2

0

0

2

0-7

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər