16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Portuda təşkil olunan beynəlxalq turnirdə çıxışına başlayıb. Fanat.az xəbər verir ki, komandamızın ilk rəqibi Portuqaliya olub.
Meydan sahibləri millimizi darmadağın edib - 5:0. Qrupun digər oyununda Rusiya yığması Portu region komandasını 2:1 hesabı ilə yenib.
Qeyd edək ki, Azərbaycan sabah Rusiya yığması ilə qarşılaşacaq.
Fanat.az