Futzal üzrə Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, komandamız AÇ-2014-ün final mərhələsinə hazırlıq çərçivəsində Portuqaliya yığması ilə qarşılaşıb.
Portuqaliyada keçirilən qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər - 5:0. Bir gün öncə bu komnadalar arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı.
Yoxlama oyunu
18 sentyabr
Portuqaliya - Azərbaycan 5:0
Qollar: Arnaldo, 1. Joao Matoş, 8. Fabio Lima, 9. Rikardinyo, 25. Fabio Aquyar, 28.
Portuqaliya: Kristiano, Rikardo Fernandes, Arnaldo, Rikardinyo.
Ehtiyat oyunçular: Paulinyo, Fabio Lima, Joao Matoş, Pedro Kari, Fabio Aquyar, Marinyo, Co.
Baş məşqçi: Xorxe Braş.
Azərbaycan: Buranello, Felipe, Edu, Amadeu, Vitali Borisov.
Ehtiyat oyunçular: Seymur Məmmədov, Fərid Ələkbərov, İlkin Hacıyev, Elnur Qəmbərov, Elnur Zamanov, İsa Atayev, Ramiz Çovdarov, Marat Salyanski (k).
Baş məşqçi: Alesio da Silva.
Hakimlər: Ruben Querreyro, Migel Kastilyo, Marko Rodriqes (Portuqaliya).