Portuqaliya Lipperti 3 qolla yola saldı

Portuqaliya Lipperti 3 qolla yola saldı
21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün AVRO-2015-in seçmə mərhələsində son oyununa çıxıb. Fanat.az xəbər verir ki, komandamız Portuqaliyanın qonağı olub.
Riu-Mayor şəhərindəki “Municipal” stadionunda keçirilən oyunda hesabı 13-cü dəqiqədə Rafa Silva açıb. 55-ci dəqiqədə Abdulla Abatsiyev bərabərliyi təmin etsə də, millimiz hesabı qoruya bilməyib. 82-ci dəqiqədə Edqar Le Portuqaliyanı hesabda önə keçirib. 3 dəqiqə sonra İlter Taşkın meydandan qovularaq komandamızı azlıqda qoyub. 90-cı dəqiqədə Şəhriyar Əliyev ikinci qırımızı vərəqəni alıb. Təyin olunan penaltini isə Rikardo Esqayo dəqiq yerinə yetirib - 3:1.
Qeyd edək ki, millimiz seçmə mərhələdə keçirdiyi 7 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib və 5 dəfə məğlub olub. Aktivində 7 xal olan komandamız 4-cü pilləni tutub. Komandamız Norveç (3:1) və İsraili (3:0) udub, Makedoniya ilə sülh bağlayıb (0:0). Yığma İsrailə (2:7), Portuqaliya (0:2, 1:3), Makedoniya (0:1) və Norveçə (0:1) uduzub.
AVRO-2015
Seçmə mərhələ
9 sentyabr
Portuqaliya - Azərbaycan 3:1
Qollar: Rafa Silva, 13. Edqar Le, 82. Rikardo Esqayo, 90+1-pen - Abdulla Abatsiyev, 55.
Portuqaliya: 1. Xose Sa, 2. Rikardo Esqayo, 4. Paulo Oliveyra (k), 5. Rafael Qerreyro, 13. Edqar Le, 7. Rafa Silva (11. Karlos Mane, 70)
, 16. Ruben Neves, 18. Markos Lopes, 23. Joao Mario (21. Tyaqo Silva, 59)
, 17. Luri Medeyros (
8. Tose, 70)
, 20. Rikardo.
Ehtiyat oyunçular: 12. Rui Silva, 14. Frederiko Venansio, 10. Helder Koşta, 19. Tomane.
Baş məşqçi: Ruy Jorje.
Azərbaycan:  1. Şahruddin Məhəmmədəliyev, 4. Ürfan Abbasov (k), 5. Şəhriyar Əliyev, 7. İlter Taşkın, 9. Ağabala Ramazanov (14. Məhəmməd Qurbanov, 86)
, 
10. Abdulla Abatsiyev, 11. Toğrul Erat, 
13. Bəxtiyar Həsənalızadə, 
16. Samir Məsimov (8. Elşən Abdullayev, 62)
, 
19. Rəhman Hacıyev (23. Məqsəd İsayev, 46)
, 
20. Azər Salahlı
.
Ehtiyat oyunçular: 12. Maksim Vaylo, 2. Slavik Alxasov, 6. Tərzin Cahangirov, 
18. Vadim Abdullayev.
Baş məşqçi: Bernard Lippert.
Sarı vərəqələr: Rafa Silva, 66 - Azər Salahlı, 30. İlter Taşkın, 43. Ürfan Abbasov, 45. Ağabala Ramazanov, 62. Abdulla Abatsiyev, 80. Şəhriyar Əliyev, 89. Toğrul Erat, 90+4.
Qırmızı vərəqələr: İlter Taşkın, 85. Şəhriyar Əliyev, 90. 
Hakimlər: Klayton Pisani, Mitçell Skerri, Luke Portelli, Adrian Azzopardi (Malta).
Hakim-inspektor: Drazenko Kovaçiç (Xorvatiya).
UEFA nümayəndəsi: Luka Zorzi (İsveçrə).
Riu-Mayor. “Municipal” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər