Rusiyada keçirilən futbol üzrə Konfederasiyalar Kubokunda üçüncü yerin sahibi məlum olub.
Fanar.Az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Portuqaliya və Meksika yığmaları qarşılayıb.
Avropa çempionları görüşdə 2:1 hesabı ilə qalib gəliblər. Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. 90 dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqədə bəraəbrlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas etməklə matçı əlavə vaxta aparıb. Əlavə olunmuş vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silva növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.
Bakı vaxtı ilə saat 22:00-da diqqətlər Sankt-Peterburqa yönələcək. Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gələcək oyunda Almaniya ilə Çili qarşılaşacaq. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçdan öncə də şansı yüksək dəyərləndirilir. Çili isə penaltilər sayəsində qazandığı final biletinin təsadüfi olmadığını sübut etməlidir.
Konfederasiyalar Kuboku
3-cü yer uğrunda oyun
2 iyul
Portuqaliya - Meksika 2:1 (əlavə vaxt)
Qollar: Pepe, 90+3, A. Silva, 105-pen - Neto, 54 (avtoqol).
Portuqaliya: 1. Rui Patrisio (q), 19. Eliseu, 18. Martins, 8. Moutinyo, 17. Nani, 4. Neto, 3. Pepe, 13. Pereyra, 16. Pizzi, 11. Semedo, 9. Silva
Ehtiyat oyunçular: 12. Joze Sa (q), 22. Beto (q), 2. Alves, 14. Karvalyo, 21. Sedrik, 6. Fonte, 15. Qomez, 5. Gerrero, 20. Quarejma, 23. Silva A., 10. Silva B.
Meksika: 13. Oçoa (q), 2. Araujo, 14. Çikarito, 18. Quardado, 16. Errera, 7. Layun, 4. Markez, 15. Moreno, 19. Peralta, 21. Reyes, 11. Karlos Vela
Ehtiyat oyunçular: 1. Kota (q), 12. Talavera (q), 20. Akino, 17. Damm, 10. Covanni Dos Santos, 22. Lozano, 23. Osvaldo, 5. Reyes, 3. Selsedo
Hakimlər: Fahad Əl Mirdasi, Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (Səudiyyə Ərəbistanı), Bakari Qassama (Qambiya).
Moskva, “Spartak Stadionu”.
Fanat.Az