Portuqaliya klubundan millimizin üzvünə TƏKLİF

Portuqaliya klubundan millimizin üzvünə TƏKLİF
Milli komandamızın üzvü Eddi İsrafilov karyerasını Portuqaliyada davam etdirə bilərmiş. Fanat.az xəbər verir ki, futbolçumuzun xidmətində "Belenenseş" klubu maraqlı olub.
Lakin Eddi İspaniyada qalmağa üstünlük verib və Sequnda Liqasında liqada çıxış edən "Kordoba"ya keçib. "Belenenseş" klubu Portuqaliya Premyer Liqasında çıxış edir. Komanda cari mövsümdə keçirdiyi 20 oyunda 25 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Eddinin xidmətində "Belenenseş" və "Kordoba" ilə yanaşı, İspaniyanın Sequnda Liqasında çıxış edən "Alaveş", "Valyadolid", "Saraqosa" və "Malyorka" da maraqlı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər