Portuqaliya əfsanəsini yola salır - FOTOLAR

Portuqaliya əfsanəsini yola salır - FOTOLAR
71 yaşında vəfat edən Portuqaliya millisinin və "Benfika"nın sabiq üzvü Eysebionun vida mərasimi keçirilir. Fanat.az xəbər verir ki, 3 gün matəm elan olunan ölkədə ilk vida mərasimi "Benfika"nın ev oyunlarını keçirdiyi "Estadio da Luz" stadionunda təşkil olunub.
Futbol, siyasət, sənət və ticarət dünyasından minlərlə insanın qatıldığı mərasimdə çəkiliş aparmaq icazəsi sadəcə Portuqaliyanın rəsmi agentliyi olan "Lusa" və dövlət televiziyası RTP-yə verilib. Stadionun çölündəki minlərlə fanat əfsanəvi futbolçunun heykəlini "Benifka" şərfləri, çiçəklər və gözəl gözlərin yazıldığı kağız parçaları ilə bəzəyib.
Eysebionun arenaya gətirilən cənazəsi sadəcə özəl qonaqlar üçün açılıb. Stadionun içində və ətrafında bir dövrə vuran cənahə daha sonra Lissabon bələdiyyəsinə aparılıb və növbəti vida mərasimi burda təşkil olunub. Ardınca şəhərin və ölkənin çox saylı kislərində anım mərasimləri düzənlənəcək. Daha sonra isə Eysebionun nəşi Lissabondakı Lumyar qəbristanlığında dəfn olunacaq. 
Bu arada Portuqaliya Futbol Federasiyasının binası üzərində Eysebionun rəsminin yer aldığı böyük pankart asılıb. Pankartın üzərinə "Böyük istedadlar hər zaman yaşayır" sözləri yazılıb.
Bundan başqa Portuqaliya mətbuatında son iki gündə bütüqn manşetlər Eysebioya həsr olunub. "Record" və "Abola" qəzetləri onunla bağlı manşet xəbərlərini "Ölümsüz" başlığı ilə yayımlayıb. Əfsanəvi futbolçu ilə bağlı 24 səhifəlik əlavə çıxaran "Diario do Noticias" qəzeti "Eysebio: Gülə-gülə əfsanə" başlığına yer verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər