Portuqaliya Bakıda çempion oldu

Portuqaliya Bakıda çempion oldu
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb. Qaynarinfo.az xəbər verir ki, final matçında Portuqaliya və İspaniya milliləri qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qol olmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq oynayan Portuqaliya çempion olub - 5:4.
Beləliklə, Portuqaliya millisi tarixində 6-cı dəfə Avropa çempionu olub. Qitə çempionatını ən çox - 8 dəfə qazanan İspaniya isə 6-cı dəfə finalda uduzub.
AVRO-2016 (U-17)
Final
21 may
Portuqaliya - İspaniya 1:1 (Penalti - 5:4)
Qollar: Dalot, 27 - Diaz, 32
Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta).
8-ci km qəsəbə stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər