Portuqaliya - Azərbaycan matçını kim idarə edəcək?

Portuqaliya - Azərbaycan matçını kim idarə edəcək?

17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək II qrupunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA Azərbaycan, Portuqaliya, Serbiya və Xorvatiya yığmalarının yer aldığı qrupun oyunlarını Cənubi Kipr, Şotlandiya və Avstriyadan olan hakimlərə tapşırıb.

Qrupun oyunlarına Namiq Hüseynovla Rəhim Həsənov da təyinat alıb. Hüseynov rəqiblərimizin oyununda yan xətt hakimi, Həsənov 4-cü hakim olacaq. Qarşılaşmalara Polşa və İspaniyadan hakim-inspektorlar təyinat alıblar.

 

17 mart

13.00 Portuqaliya – Serbiya

Hakimlər: Endryu Dallas, Qren Stüart (Şotlandiya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

 

16.30 Xorvatiya - Azərbaycan

Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (Cənubi Kipr), Andreas Heydenrayx, Dominik Ouşan (Avstriya).

“Bakcell Arena”.

 

19 mart

13.00 Serbiya - Xorvatiya

Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (Avstriya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

 

16.30 Portuqaliya - Azərbaycan

Hakimlər: Dimitrios Massias, İoannis Lazardu (Cənubi Kipr), Qren Stüart, Endryu Dallas (Şotlandiya).

“Bakcell Arena”.

 

22 mart

16.30 Xorvatiya - Portuqaliya

Hakimlər: Endryu Dallas, Qren Stüart (Şotlandiya), Namiq Hüseynov, Rəhim Həsənov (Azərbaycan).

“Bakı” klubunun təlim-məşq bazası.

 

16.30. Azərbaycan - Serbiya

Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (Avstriya), İoannis Lazardu, Dimitrios Massias (Cənubi Kipr).

“Bakcell Arena”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər