“Portu” baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, 41 yaşlı Paulu Fonseka uğursuz nəticələrə görə postundan uzaqlaşdırılıb.
Yeni baş məşqçi təyin olunana qədər komandanı Luiş Kaştru çalışdıracaq. O, “əjdahalar”ın əvəzedici komandasının baş məşqçisidi.
Qeyd edək ki, Fonseka “Portu”nu bu mövsümün əvvəlindən çalışdırırdı. Komanda artıq 4 turdu ki, Portuqaliya çempionatında qələbə qazana bilmir. “Portu” liderdən 9 xal geri qalaraq, turnir cədvəlinin 3-cü pilləsində qərar tutub.
Fanat.az