Polşalı gözəl Bakı klubundan niyə gedib? - SƏBƏB

Polşalı gözəl Bakı klubundan niyə gedib? - SƏBƏB

Bu yaxınlarda “Azəryol” voleybol klubu Kinqa Kasprjakla yollarını ayırıb. K.Kasprjakla müqavilənin pozulmasına səbəb ondan gözləniləni verməməsi olub. 

Belə ki, onun çıxışı məşqçini və klub rəhbərliyini qane etməyib. Bu üzdən 28 yaşlı polşalı hücumçu ilə mövsümün əvvəlində bağlanılmış müqaviləyə xitam verilib.

 

Məlumata görə, polşalı voleybolçu 1 il zədədən əziyyət çəkib. Zədə problemini həll edəndən sonra onu Bakı klubuna transfer ediblər. Lakin o, bu müddət ərzində xeyli çəki artırıb, bu da onun performansına təsirsiz ötüşməyib.

 

Qeyd edək ki, Kasprjak klubun ilkin hazırlıq prosesinə qatılsa da, komandanın heyətində meydana çıxa bilmək şansı əldə edə bilməyib.

 

Məlumat üçün bildirək ki, Kinqa Kasprjak 1987-ci il təvəllüdlüdür. 188 sm boya malik xanım idmançı “Azəryol”da “10 nömrəli” forma ilə çıxış etməli idi.(Publika.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər