Polşa şirkəti "JSK Architekci" Sumqayıtda stadion tikmək niyyətindədi. Fanat.az xəbər verir ki, stadionun layihəsinin üzərində iş artıq başa çatıb, bu layihənin reallaşdırmasını maliyyələşdirəcək SOCAR-la da ilkin razılıq nail olunub.
Bunu şirkətin vitse-prezidenti Mariuş Ruts Varşavada Azərbaycan jurnalistləriylə görüşdə bildirib. Onun sözlərinə görə, Memorandum artıq SOCAR-la imzalanıb: "Ümid edirik ki, ilin sonuna qədər biz stadionun tikintisinə başlamağı bacaracıq. İlkin layihədə 40 min oturacaqlı stadion tikmək planlaşdırılırdı, ancaq sonra SOCAR-ın rəhbərliyi 15 min oturacaqlı stadion tikməyi təklif etdi".
Yeni stadion altmışıncı illərdə tikilmiş köhnən stadiounun yerində tikilməsi planlaşdırılır. Stadion bütün müasir standartlara cavab verəcək.
"JSK Architekci" şirkəti stadionların planlaşdırılmasından başqa həmçinin aeroportların və ticarət mərkəzlərinin planlaşdırılmasıyla məşğul olur.
Şirkətdə həmçinin Bakıda "Ağ şəhər" layihəsində işləmək niyyəti var.
Fanat.az