Polis “Deportivo”nun sabiq futbolçusunu qətlə yetirdi

Polis “Deportivo”nun sabiq futbolçusunu qətlə yetirdi
"Deportivo”nun sabiq futbolçusu Dieqo Bello Lafuente qətlə yetirilib.
Fanat.Az xəbər verir ki, hadisə Filippində baş verib.
Futbolçu karyerasını başa vurduqdan sonra sörf idmanı ilə məşğul olan Lafuente Filippində keçirilən narkotik əməliyyatı zamanı polisin gülləsinə tuş gəlib. Polis qətldəki günahını ört-basdır etmək üçün ispaniyalı veteran futbolçunun narkotiklərlə bağlılığını ortaya atıb. 
Lafuentenin yaxınları isə bunu təkzib edib. Onların iddiasına əsasən polis əməkdaşları ispaniyalıdan pul istəyiblər. Dünyasını dəyişən Lafuentenin yaxınlarından biri uzun illər tanıdığı dostunun heç vaxt narkotik və silahla bağlı bir şeylə rastlaşmadığını bildirib. Futbolçunun yaxınları polisi əsaslandırılmayan ittihamlara görə qınayıblar.
Qeyd edək ki, Lafuente 2001-2003-cü illərdə "Deportivo”da çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər