Pol Poqba 3 oyunluq diskvalifikasiya edildi

Pol Poqba 3 oyunluq diskvalifikasiya edildi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının 9-cu turunda - "Liverpul"la ev oyununda (0:5) qırmızı vərəqə aldığına görə 3 oyunluq diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, Fransa millisinin 28 yaşlı üzvü "Tottenhem", "Uotford" və "Mançester Siti" ilə çempionat matçlarını kənardan izləyəcək.

Xatırladaq ki, "Liverpul"a böyük hesabla uduzduqları görüşün ikinci yarısında meydana çıxan Poqba Nabi Keytaya qarşı kobud oynadığı üçün 60-cı dəqiqədə meydandan qovulmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər