"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasında "Nyukasl" matçdan əvvəl rəqib həmkarı Eddi Hauya qısqanclıqla yanaşıb.
Fanat.Az "Daily Express"-ə istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı azarkeşlərin dəstəyinin səviyyəsini şərh edərkən bu fikri bölüşüb:
“Ümid edirəm ki, bir gün “Çelsi” azarkeşləri də məni "Nyukasl" fanatlarının Haunu dəstəklədiyi kimi dəstəkləyəcəklər. Bunu ona görə deyirəm ki, mən “Çelsi”nin baş məşqçisiyəm və qalib olmaq istəyirəm”.
Xatırladaq ki, “Çelsi” – “Nyukasl” matçı bazar ertəsi, martın 11-də “Stemford Bric”də keçiriləcək. Hesabat turundan əvvəl "mavilər" 11-ci, "sağsağanlar" isə 9-cu yerdə qərarlaşıblar.