Poçettino "Çelsi"də yalnız bir futbolçunu fərqləndirdi: "Hamı ona ötürmə verir"

Poçettino "Çelsi"də yalnız bir futbolçunu fərqləndirdi: "Hamı ona ötürmə verir"

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın ən yaxşı oyunçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, London klubunun çalışdırıcısı "Goal"-a açıqlamasında bu fikri bölüşüb:

"Palmer "Çelsi"nin ən yaxşı oyunçusudur. O, hamı üçün nümunədir. Yəqin fikir vermisiniz ki, komanda əziyyət çəkəndə oyunçular ən çox Palmerə ötürmə verirlər”.

Palmer keçən yay 47 milyon avroya "Mançester Siti"dən transfer olunduqdan sonra London klubunda ilk mövsümünü keçirir. 21 yaşlı yarımmüdafiəçi "Çelsi"nin heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 18 qol vurub və 12 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər