Platye "Neftçi"nin tarixinə düşdü

Platye "Neftçi"nin tarixinə düşdü
Topaz Premyer Liqasının VI turunun “İnter”lə oyunu “Neftçi” üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, 3:1 hesablı qələbə qazanan “ağ-qaralar”ın qarşılaşmadakı 3-cü qolu mövsümdə 10-cu olub. Bu qolun “Neftçi” üçün həm də tarixi əhəmiyyəti var.
Belə ki, 1992-ci ildən indiyədək bütün Azərbaycan çempionatlarında yüksək liqada mübarizə aparan “Neftçi” cari mövsümün startına qədər 1090 qol vurmuşdu. “İnter”lə matçda sonuncu, mövsümdə isə 10-cu olan qol klubun çempionatlar tarixində yubiley - 1100-cü qolu oldu.
Tarixi qol maraqlı alındı. Penalti zərbəsi qazanıldıqdan sonra Flavinyo fərqlənmək imkanını yeni klubunda qol hesabını açmayan Melvin Platyeyə verdi. Hollandiyalı hücumçunun yerinə yetirdiyi 11 metrlik zərbə ilə “ağ-qaralar” 11-ci “100-lüy”ü tamamladı. Platye həm yubiley qolunun müəllifi, həm də komandada qol vuranların siyahısına düşməklə adını tarixə yazdırdı.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün qolları

Mövsüm

Vurulan top

Buraxılan top

+:-

-:+

Vurub

Buraxıb

1992

104

23

(2)

-

104

23

1993

39

11

1

-

36

11

1993/94

37

35

-

8

37

11

1994/95

63

14

1

-

60

14

1995/96, 1-ci mərhələ

42

17

-

-

42

17

1995/96, 2-ci mərhələ

18

12

-

-

18

12

1996/97

98

20

-

-

98

20

1997/98

43

23

2

-

37

23

1998/99, 1-ci mərhələ

57

18

1

-

54

18

1998/99, 2-ci mərhələ

11

7

-

-

11

7

1999/2000

35

17

-

1

35

14

2000/01

57

12

2

-

51

12

2001/02, 1-ci mərhələ

34

7

-

-

34

7

2001/02, 2-ci mərhələ

1

0

-

-

1

0

2003/04

65

15

1

-

62

15

2004/05

54

19

1

-

51

19

2005/06

51

16

-

-

51

16

2006/07

47

15

-

-

47

15

2007/08

42

18

1

-

39

18

2008/09

30

21

-

-

30

21

2009/10, 1-ci mərhələ

20

14

-

-

20

14

2009/10, 2-ci mərhələ

5

6

-

-

5

6

2010/11

53

17

-

-

53

17

2011/12

55

30

-

-

55

30

2012/13

59

32

-

-

59

32

2013/14

10

5

-

-

10

5

 

1130

424

10+(2)

9

1100

397

Qeyd: mövsümdən sonrakı ilk 2 sütunda turnir cədvəlində əks olunan topların sayı göstərilib. Burada texniki nəticələr də əksini tapıb. Növbəti 2 sütunda texniki nəticələr qeyd olunub. 1992-ci ildə qeydə alınan 2 texniki qələbə turnir cədvəlində də yazılmayıb. Son 2 sütunda isə vurulan və buraxılan qolların real sayı əks olunub. Bundan başqa çempionatlar ərzində nəticəsi ləğv olunan matçların heç biri qeydə alınmayıb. Yarımçıq qalan 2001/02 mövsümünün nəticələri nəzərə alınıb.
“Neftçi”nin tarixi qolları

 

Tarix

oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər Sumqayıt

Yunis Hüseynov

100

13.10.1992

İnşaatçı Sabirabad - Neftçi

Samir Ələkbərov

200

22.10.1994

Xəzər Lənkəran – Neftçi

Mais Əzimov

300

18.09.1996

Fərid - Neftçi

Yaşar Vahabzadə

400

27.09.1997

Neftçi – Dinamo

Qurban Qurbanov

500

31.10.1999

Neftçi – Kəpəz

Aleksey Stukas

600

25.11.2001

Xəzər Universiteti – Neftçi

Vadim Vasilyev

700

13.12.2004

Neftçi – Kəpəz

Stenli Udenkvor

800

10.11.2006

Bakı - Neftçi

Aqil Məmmədov

900

22.08.2009

Neftçi - Turan

Adrian Neaqa

1000

04.12.2011

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər