Platininin Bakıya səfərinə qadağa qoyuldu

Platininin Bakıya səfərinə qadağa qoyuldu
UEFA prezidenti Mişel Platinin Bakıya səfəri təxirə salınıb. Fanat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununu izləyəcədi.
Lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, Mişel Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.
Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər