Pioli: "Milan"ın sahibləri məni həmişə dəstəkləyib"

Pioli: "Milan"ın sahibləri məni həmişə dəstəkləyib"
"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, A Seriyasında 2-ci pillədə qərarlaşan "qırmızı-qaralar"ın çalışdırıcısının söylədiklərini "Football Italia" belə çatdırıb:
"Mövsümün ilk yarısını əla keçirdik. İndi nəticələrimiz bir qədər pisdir. Amma komandamız həmişə inkişafa can atdığını isbatlayır. Öz gücümüzə inanmalı, ən yaxşı keyfiyyətlərimizdən düzgün yararlanmağı bacarmalıyıq. Buna nail olmasaq, hədəflərimizdən uzaq düşəcəyik.
Klubun sahibləri məni həmişə dəstəkləyib. Rəhbərlikdə futbolun nə demək olduğunu bilən adamlar cəmləşib. Onlar mövsümün gedişində müəyyən çətinliklərin necə yarandığını yaxşı anlayırlar. Böyük klubda işlədiyim üçün gözləntilərin çox olması başadüşüləndir".
Qeyd edək ki, daha öncə Piolinin postundan ayrılacağı, onu Massimiliano Alleqri və ya İvan Yuriçin əvəzləyəcəyi ilə bağlı informasiyalar yayılmışdı.
Atilla
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər