Pietro Gedin: "Azərbaycan yığması çox inkişaf edib"

Pietro Gedin: "Azərbaycan yığması çox inkişaf edib"

"Azərbaycan yığması son aylarda çox inkişaf edib. Bu da o deməkdi ki, sabah işimiz çox çətin olacaq". Fanat.az xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.

Azərbaycan millisi Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Ta Qalidə yerli komandanın qonağı olacaq.

Ev sahiblərinin çalışdırıcısı qarşılaşma öncəsi oyun haqda fikirlərini bölüşüb: "Rəqibimiz iki gün əvvəl Xorvatiya kimi komanda ilə heç-heçə etdi. Həmçinin bundan öncə Norveçlə bərabərliyi də qeyd etməliyəm. Ancaq biz sabah Azərbaycandan yaxşı oyun göstərməyə çalışacağıq. Bir neçə gün öncə İtaliyaya qarşı zəif çıxış etməmişdik. İtalyanların dünyanın ən güclü komandalarından olduğunu da unutmayaq. Əlimizdən gələni etdik, lakin rəqib 1 qol vuraraq qələbə qazandı. Azərbaycanla görüşdə də qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq".//report.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər