"Qəbələ"nin yeni baş məşqçisi İvaylo Petevin qazanacağı məbləğ açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımız iddia edib ki, baş məşqçinin birinci il üçün maaşı 1,5 milyon dollar olacaq. O, komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla daha 500 min dollar qazana bilər.
Fanat.az