Petevdən "Qəbələ" üçün şok açıqlama

Petevdən "Qəbələ" üçün şok açıqlama
"Qəbələ" İvaylo Petevlə anlaşdığını açıqlamışdı. Hətta klub rəhbərliyi yaxın günlərdə bolqar mütəxəssislə 2 illik müqavilə imzalayacağını elan etmişdi.
Lakin Petev özü xəbəri təkzib edib. Fanat.az xəbər verir ki, bolqar mütəxəssis "Qəbələ"dən təklif almadığını bildirib: “Qəbələ” mənə təklif göndərməyib. AEL-lə müqaviləm var. Bu komanda ilə bağlı planlar cızıb rəhbərliyə təqdim etmişəm. Qarşıdakı günlərdə onlar bütün məsələlərə aydınlıq gətirəcəklər. Başqa təkliflərim var. “Botev” mənə təklif göndərsə də, “Qəbələ” ilə heç bir danışığımız olmayıb və onlardan da dəvət almamışam. Bu xəbərlərin haradan çıxdığını bilmirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər