Petev "Qəbələ"yə niyə gəlməyib?

Petev "Qəbələ"yə niyə gəlməyib?

"İndiyədək belə hadisə ilə rastlaşmamışdıq. İvaylo Petevin özü ilə danışdıq, gəlməmək səbəbini AEL-də qalmaq istəməsi ilə əsaslandırdı". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Bolqar mütəxəssis "Qəbələ" ilə anlaşmış və ölkəmizə gəlib müqavilə imzalamalı idi. Lakin o, son anda fərqli qərar verərək, AEL-də qalıb. Əzizov bildirib ki, hazırda yeni baş məşqçi axtarırlar: "Bizim də çox vaxtımız yoxdu ki, bu məsələnin kökünə gedib araşdıraq. Buna ehtiyac da görmürük. Petev bildirdi ki, “mən AEL-dən ayrıla bilmirəm”. Yeni məşqçi seçimi ilə bağlı onu deyə bilərəm ki, bu barədə hazırda iş gedir”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər