Petev: "Azərbaycanla oyunda gənc futbolçulara şans verəcəm"

Petev: "Azərbaycanla oyunda gənc futbolçulara şans verəcəm"
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycana qarşı keçirəcəkləri oyunlarda gənc futbolçulara şans verəcək. Fanat.az xəbər verir ki, buna səbəb bolqarların qrupdan çıxmaq şansını itirməsidi:
"Cəmi iki oyunumuz qalıb. Bu görüşlərdə gənc oyunçulara şans verəcəyəm. Komandamın yaxşı oyun göstərməsini istəyirəm. Hər iki matçda daha keyfiyyətli oyun göstərmək şansımız var. Ümid edirəm ki, futbolçularımız Norveç və İtaliya ilə görüşlərin nəticəsini unutdura biləcəklər. Start heyətini hələlik müəyyənləşdirməmişəm. Ancaq təlim-məşq toplanışı seçim etməyimə kömək edəcək".
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də Sofiyada baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər