Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

"Betis"in baş məşqçisi Manuel Pelleqrini UEFA Konfrans Liqasının final oyunundan - "Çelsi"yə qarşı bu gün keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İllər ərzində gördüyümüz böyük işlərə görə məmnunam. Bu o deməkdir ki, biz yalnız bu mövsüm yox, burada olduğumuz beş il ərzində səylə çalışmışıq. Həmişə ciddi hədəflərimiz olub. Komandaya qarşısındakı rəqibin kimliyindən asılı olmayaraq dəyişməyən oyun üslubu aşılamağa çalışmışıq. Biz rəqibləri taktiki planda nəzərə alırıq, amma daha çox özümüzü isbatlamaq istəyirik. Etməli olduğumuz budur".

Xatırladaq ki, KL-in finalı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər