Paulinyonu Bakı "İnter"ində

Paulinyonu Bakı "İnter"ində
"İnter"in Braziliyadan hücumçu transfer etməyə hazırlaşması barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, artıq həmin forvardın kimliyi müəyyənləşib.
Belə ki, Kaxaber Tsxadadzenin başçılıq etdiyi komanda Paulinyonu heyətinə qatır. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Tam adı Paulo Xose de Oliveyra olan 28 yaşlı futbolçunun son iş yeri "Braqantino" klubu olub. O, 2013-cü ilin gedişində bu komandaya keçib və meydana çıxdığı 6 oyunda 295 dəqiqə oynayıb.
2006-2007-ci illərdə Braziliyanın "Uniao Barbarense", "San Xose", "Demokrata-GV" klublarında çıxış edən Paulinyonu 2007-də Avropaya üz tutub və 3 il İsveçin "Hacken" klubunda forma geyinib (87 oyun, 37 qol). Növbəti iki ili isə o, başqa bir İsveç klubu - "Erebru"da keçirib (25 oyun, 5 qol) 2003-cü ildə "San Xose"yə dönən forvard ardınca "Braqantino"ya üz tutub.
Qeyd edək ki, "İnter" bundan əvvəl Kosta Rika yığmasının üzvü Dieqo Madriqalı heyətinə qatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər